Almaniya səfirliyi Şengen vizalarının �VisaMetric� vasitəsilə verəcək
Bakı/10.04.18/Turan: Aprelin 10-dan Almaniya səfirliyində Şengen vizasının verilməsi üçün sənədləri "VisaMetric" şirkəti qəbul edəcək.
Almaniyanın Bakıdakı səfirliyinin məlumatına görə, viza sənədlərinin qəbulu mərkəzi Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkının binasında yerləşir və həftənin 1-5-ci günləri 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 16:00-dək açıqdır.
Qəbul saatlarının artırılması və görüş vaxtı təyin etmək üçün gözləmə vaxtlarının qısaldılması nəticəsində Almaniya səfirliyində şengen vizasına müraciət prosesi asanlaşdırılır.
Ərizəçilər həmçinin yeni viza qəbulu mərkəzinin digər xidmətlərindən - biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsi - yararlanmaq imkanı əldə edəcəklər.
Şengen vizasına müraciət edən ərizəçilər ilk həftələrdə görüş vaxtı təyin etməli olacaqlar.
Görüş vaxtını telefonla və ya "VisaMetric" şirkətinin İnternet səhifəsindən təyin etmək mümkündür.
Mayın ortalarından müraciət üçün görüş vaxtı təyin etməyə ehtiyac qalmayacaq.
Şengen vizaya müraciətə edilən dəyişiklik milli vizaya - ailə birləşməsi, təhsil və s. - şamil olunmur.
"VisaMetric" şirkətinin xidmətlərinin qiyməti açıqlanmır. -16D
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz