�Evədək internet� layihəsinin birinci mərhələsini yekunlaşdırır
Bakı/09.04.18/Turan: "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işləri davam etdirir.
"Baktelecom" paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan "Evədək internet" layihəsinin birinci mərhələsini yekunlaşdırır. Artıq bu həftədən etibarən 30 min mənzili əhatə edən layihənin istismara verilməsi başa çatır. Hazırda 9 minə yaxın mənzil GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.
Davamlı olaraq "Baktelecom"un təklif etdiyi sərfəli xidmət paketlərinə qoşulmaq istəyən müştərilərin sifarişi operativ şəkildə qəbul olunur, qısa zaman ərzində abunəçilər üçün multimedia xidmətləri aktiv edilir.
Tezliklə "Evədək internet" layihəsinin ikinci mərhələsində 100 minədək evdə GPON infrastrukturunun yaradılması prosesinə start veriləcək.
Qeyd edək ki, fiber-optik xətləri üzərindən təmin edilən GPON texnologiyası 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
"Baktelecom"un genişzolaqlı rabitə xidmətləri haqqında ətraflı məlumatı "www.baktelecom.az" saytı və ya "155" qısa nömrəsinə müraciət etməklə əldə edə bilərsiniz.--0--
-
- Cəmiyyət
- 9 Aprel 2018 15:15
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz