Altı nəfər AXCP fəalı inzibati qaydada həbs olunub
Bakı/08.10.17/Turan: Müxalifətin 7 oktyabr mitinqində saxlanılan altı nəfər AXCP fəalı inzibati həbsə məruz qalıb. AXCP-də bu həbsləri siyasi motivli hesab edirlər.
AXCP-dən Turan-a bildiriblər ki, müxalifətçilər 10 sutkadan 30 sutkayadək inzibati qaydada həbs ediliblər.
AXCP Sumqayıt şəhər təşkilatının üzvü Cabbar Savalanlı 10, digər fəallar Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev 25, Füzuli Hüseynov 30 sutka həbs edilib.
Fəalların günahının konkret nədən ibarət olması hələlik məlum deyil.
Həbslər barədə qərardan şikayət veriləcək. Həbs olunanların hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edəcək.
Oktyabrın 7-də "Korrupsiyaya yox, siyasi məhbuslara azadlıq!" şüarı ilə keçirilən mitinqi Demokratik Qüvvələrin Milli Şurası təşkil edib.-06D--
Cəmiyyət
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
-
Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin hərbi qulluqçusu Baxşəliyev Adil Baxşəli oğlu silahdan atəş açaraq intihar edib.
-
Milli Hidrometeorologiya Xidməti 16 yanvar üçün hava proqnozunu açıqlayıb. Proqnozda ölkə ərazisində müxtəlif hava şəraitinin müşahidə ediləcəyi bildirilib.
Rəy yaz