Анар Мамедов
Anar Məmmədovun apellyasiya şikayətinə baxılmasına başlanılıb
Bakı/08.05.19/Turan: Mayın 8-də Bakı Apellyasiya Məhkəməsində Criminal.az saytının baş redaktoru, şərti olaraq mühakimə edilmiş Anar Məmmədovun işi üzrə ilkin iclas keçirilib.
Proses zamanı vəkil Elçin Sadıqov iki şahidin yenidən məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.
Vəkil bunu onunla izah edib ki, saytdakı yazılardan "şoka düşmüş" Məlahət Məmmədova və Samirə Canıyevanın ifadələri birinci instansiya məhkəmə iclaslarının protokollarında təhrif edilib və saxtalaşdırılıb.
Bundan əlavə, vəkil ekspert kimi cəlb edilmiş Bəxtiyar Əliyevin ali təhsil haqda diplomu barədə Təhsil Nazirliyinə sorğu göndərilməsinə dair vəsatət qaldırıb.
Çünki B.Əliyevin müvafiq ali təhsili olmadığı halda politoloji rəy verib. Qanun isə müvafiq ixtisası olmayan şəxsin ekspert rəyini qadağan edir.
Lakin məhkəmə vəsatəti təmin etməyib və mahiyyəti üzrə dinləmələri mayın 22-nə təyin edib.
Bu ilin martında A.Məmmədov iki il sınaq müddəti olmaqla 5,5 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət əleyhinə çağırışlarda, səlahiyyət həddini aşmaqda və vəzifə saxtakarlığında ittiham olunub. Onun cinayət məsuliyyətinə cəlb edilməsinə Criminal.az saytında Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsd ilə bağlı yazıların dərci səbəb olub.
Bir sıra beynəlxalq jurnalist təşkilatları, həmçinin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir A.Məmmədovun barəsində hökmü pisləyiblər.-06B--
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz