ANS rəhbərliyi prokurorluğa çağırılıb (YENİLƏNİB)
Ötən axşam ANS telekanalının rəhbəri Vahid Mustafayev və onun müavini Mirşahin Ağayev Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə çağırılıb və ifadə veriblər.
Məlumatlı mənbələrdənTuran-a bəlli olub ki, onlar Fətullah Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransı barədə reportaj hazırlamaq ideyası ilə bağlı açıqlama veriblər.
Bundan öncə Milli Teleradio Şurası bu reportajın anons edilməsini terrorizmin təbliği kimi qiymətləndirib və prokurorluğun təqdimatı əsasında ANS-in yayımının dayandırılması barədə qərar çıxarıb.
Xatırladaq ki, Türkiyə hakimiyyəti iyulun 16-da dövlət çevrilişinə cəhdin təşkilində Güləni ittiham edib, rəsmi Bakı isə Ankaranı dəstəkləyib. Bu fonda Fətullah Gülənə efir vermək ideyası Azərbaycan hakimiyyəti tərəfindən İlham Əliyevlə Ərdoğanın “arasını vurmaq” kimi qiymətləndirilib.
Qeyd edək ki, ANS rəhbərliyi öz ənənəsinə sadiq qalaraq baş verənləri şərh etmir. Həmçinin telekanal dəstək üçün beynəlxalq və yerli ictimaliyyətə müraciət etmir. -0302В-
2016 İyul 18 (Bazar ertəsi) 21:14:51
Milli Teleradio Şurasının qərarı ilə iyulun 18-də axşam ANS telekanalının yayımı dayandırılıb.
MTRŞ bildirir ki, ANS “Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib".
MTRŞ ANS-i “terrorçuluğu təbliğ etməkdə”, eləcə də Türkiyədə “vətəndaş qarşıdurmasının dərinləşməsinə gətirib çıxaracaq addımlar atmaqda” ittiham edib.
Türkiyə hakimiyyət orqanlarının və bu ölkənin səfirliyinin müraciətini nəzərə alaraq MTRŞ bu şirkətin yayımının dayandırılması barədə qərar qəbul edib.
Bundan başqa, «ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək”, - deyə MTRŞ bildirir.
Qeyri-rəsmi məlumata görə, telekanalın bağlanmasına səbəb Ərdoğanın düşməni Fətullah Gülənin müsahibəsinin yayım üçün hazırlanmasıdır.
Jurnalistlər arasında ANS kanalının müxbiri də olub.
Məlumdur ki, Türkiyə hakimiyyəti Güləni bu ölkədəki hərbi çevriliş cəhdinin təşkilatçısı hesab edir. Ona görə müsahibənin Azərbaycan TV-si ilə göstərilməsi hərbi çevrilişə dəstək kimi qəbul edilə bilərdi.
ANS-dəki mənbələrdən Turan-a məlum olub ki, bazar ertəsi axşamı rabitə və yayım üzrə cavabdeh olan bir neçə dövlət təşkilatının nümayəndələri tökülüşərək gəlib. Onlar heç bir səbəb göstərmədən avadanlıqları söndürüb. -02В-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz