Apellyasiya Məhkəməsi Anar Məmmədovun barəsində hökmü qüvvədə saxlayıb
Bakı/05.06.19/Turan: İyunun 4-də Bakı Apellyasiya Məhkəməsi criminal.az saytının baş redaktoru Anar Məmmədovun barəsində hökmü qüvvədə saxlayıb. Müdafiə tərəfi apellyasiya instansiyasının qərarı ilə razı deyil və Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.
Jurnalist dövlət əleyhinə çağırışlarda, vəzifə səlahiyyətini aşmaqda və vəzifə saxtakarlığında ittiham olunaraq iki il sınaq müddəti olmaqla 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət məsuliyyətinə cəlb edilməyə Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsdlə bağlı criminal.az saytında dərc edilən yazı səbəb olub.
Bir sıra beynəlxalq jurnalist təşkilatları, həmçinin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir A.Məmmədovun barəsində hökmü pisləyiblər.
Qeyd edək ki, A.Məmmədovun şikayətinə baxılması ərəfəsində Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini onun üzərindən ittihamları götürməyə və sərbəst işləməsinə şərait yaratmağa çağırıb.
JMK A.Məmmədovun yazıya görə təqib edilməsinin əsassız olduğunu bildirib.
"Geniş ictimaiyyəti mühüm hadisələr barədə məlumatlandırmaq jurnalistin işidir və hakimiyyət bu işi dəstəkləməlidir, reportyorları cəzalandırmamalıdır", - JMK-nın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said bildirib.-06D--
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz