İDİ LGBT hüquqları ilə bağlı hesabat yaydı
BakI/05.06.19/Turan: Demokratik Təşəbbüslər İnstitutunun ekspertlər qrupu (İDİ) "Azərbaycanda LGBT hüquqları" başlıqlı hesabat yayıb.
Hesabatda bu sahədə olan problemlər, mövcud qanunvericilikdəki çatışmazlıqlar və problemin həllinə dair təkliflər yer alıb.
Hesabatın icmalında qeyd olunur ki, Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyası (ILGA) 2018-ci ildəki problemlərlə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, Azərbaycan Avropada LGBT+ fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir və LGBT+ cəmiyyəti hələ də ifadə, birləşmək və ifadə azadlığından tam istifadə edə bilmirlər: "Qeydiyyatdan keçmiş LGBT+ qeyri-hökumət təşkilatı mövcud deyil. Eyni zamanda LGBT+ fərdləri təhsil, məşğulluq, hərbi xidmət məsələlərində ciddi şəkildə diskriminasiya və ictimai qınaq ilə üzləşirlərlər. Xüsusilə, transgender şəxslər ölkədə cinsiyyətlərini dəyişə bilmirlər və lazımı hormonal müalicəni almaq imkanından məhrumdurlar. Bu hal isə onların iş imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".
ILGA hesab edir ki, LGBT+ fərdləri nə cəmiyyət nə də ki ailə daxilində qəbul olunurlar: "Onlar ailə üzvlərinin qınaq və şiddətindən qorxduqları üçün ağır psixoloji travmalar altında ikili həyat yaşamağa, çox vaxt isə "normallaşdırma" adı altından digər cinsdən biriylə evlənməyə məcbur olurlar. Cəmiyyət içində tam maariflənmə yoxdur. Əksər post-sovet ölkələrində olduğu kimi, Azərbaycanda da homoseksualizm çox problematik bir məsələdir".-0-
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz