Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun vəziyyətini və perspektivləri müzakirə edib
Bakı/05.06.19/Turan: İyunun 4-də Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin iclası olub.
AKİ-nin məlumatında bildirilir ki, iclasda İttifaqın XI qurultayına hazırlıq müzakirə olunub, onun gündəliyi və keçirilmə tarixi müəyyən edilib. İdarə Heyətinin üzvləri milli kinonun maraqlarının qorunması və yerli kinoindustriyanın inkişaf perspektivlərinə dair təkliflərlə çıxış ediblər.
AKİ-nin XI qurultayının gündəliyinə ölkədə bədii, sənədli, animasiya filmlərinin istehsalında, kinoprokatın təşkilindəki problemlər, yerli ssenarilərin seçim mexanizmləri, kino üçün kadrların hazırlanması və s. məsələlər daxil olacaq.
AKİ İdarə Heyəti Kino Evinin təsis edilməsi və kino məktəbinin fəaliyyətinin bərpasına dair qərar qəbul edib. Layihələr azərbaycanlı kinematoqrafçıların peşə bayramı - 2 avqust Milli Kino Günü ərəfəsində işə salınacaq.
İclasda AKİ üzvlərinə fərdi pensiya və stipendiyaların verilməsi məsələsi də müzakirə olunub. İdarə Heyətinin qərarı ilə maliyyə dəstəyi alacaq şəxslərin siyahısı təsdiqlənib.
Bundan əlavə, AKİ sıralarına yeni üzvlər qəbul edilib, məlumatda deyilir.-02D-
Mədəniyyət
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
Rəy yaz