Apellyasiya Məhkəməsi jurnalist Mustafa Hacıbəylinin barəsində hökmü qüvvədə saxlayıb
Bakı/25.04.19/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin şikayətinə baxılıb.
Xatırladaq ki, bu il fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 309 (vəzifə səlahiyyətlərini aşma) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələr ilə təqsirli bilərək 2 il sınaq müddəti olmaqla 5,5 il müddətinə azadlıqdan məhrum edib.
"Biz vəkil Osman Kazımov ilə birlikdə Apellyasiya Məhkəməsindən xahiş etdik ki, bəraətverici qərar çıxarsın. Biz sübut etdik ki, hökm qanunsuzdur və sifarişli olub. Ancaq dövlət ittihamçısı Müstəcəb Əliyev hökmün qüvvədə qalmasına tərəfdar olub və şikayəti təmin etməyib", - M.Hacıbəyli Turan-a bildirib.
Onun sözlərinə görə, müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək və hökm ləğv edilməsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq.
* 2018-ci il iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması barədə İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"la bağlı cinayət işi qaldırıb. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.
Öncə M.Hacıbəyli şahid kimi keçib. Lakin noyabrın 30-da o, müttəhim statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlət əleyhinə yönələn çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Redaktorun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, bütün ittihamları rədd edib.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir, "Sərhədsiz reportyorlar" təşkilatı və digər beynəlxaq qurumlar jurnalistin barəsində hökmü pisləyiblər. -06C--
-
- Cəmiyyət
- 25 Aprel 2019 18:20
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz