Müsavat Partiyası fəalının apellyasiya şikayəti təmin edilməyib
Bakı/25.04.19/Turan: Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə Müsavat Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Sadıqbəylinin şikayətini təmin etməyib. Ə.Sadıqbəyli məhkəmədən bəraət istəyib.
"Cinayət işində ən böyük zərərçəkən mənəm. Amma mənə cəza verilib, günahkarlar bəraət alıb," , - Ə,Sadıqbəyli deyib.
Dövlət ittihamçısı Müstəcəb Əliyev ittihamın məhkəmədə sübut olunduğunu deyib və hökmün qüvvədə saxlanmasını istəyib. Beləliklə, məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Ə. Sadıqbəyli Apellyasiya Məhkəməsinin qərarı ilə razı deyil və kassasiya şikayəti verəcəyini bildirib.
2018-ci il noyabrın 21-də Bakının Səbayel Rayon Məhkəməsi Ə. Sadıqbəylinin barəsində həbs qətimkan tədbiri seçib.
Ona CM-in 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.
O, "Nikoil" bankın adından saxta sənəd hazırlayıb istifadə etməkdə suçlanır. İttihama görə, gənc fəal bankın kreditilə aldığı "Niva" markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.
Fəal ittihamı qəbul etmir. Müsavat Partiyası da bəyanat verərək həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib.
Martın 6-da Bakının Qaradağ Rayon Məhkəməsi hakim Fuad Hüseynovun sədrliyi ilə Əbülfəz Sadıqbəylinin barəsində seçilmiş həbs qətimkan tədbirini 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edib. O, məhkəmə zalında azadlığa buraxılıb.-21-
-
- Siyasət
- 25 Aprel 2019 19:33
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz