Apellyasiya Məhkəməsi müxalifətçilərin şikayətlərini təmin etməyib
Bakı/06.03.19/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalları Saqif Qurbanov, Məhərrəm Rzayev və Tofiq Məmmədovun fevralın sonlarında inzibati qaydada 15 və günlük həbsindən verilmiş şikayətə baxılıb.
Onlar hamısı xuliqanlıqda (ictimai yerdə senzuradan kənar söyüş və polisin tələblərinə məhəl qoymama) ittiham olunublar.
Hər üç fəal ittihamları təkzib edib, siyasi motivlərlə həbs edildiklərini bildirib.
Məhkəmə fəalların vəkillərinin onların saxlanıldığı yerlərdən müşahidə kameralarının görüntülərini istəmək barədə vəsatətlərini təmin etməyib. -06D-
-
- Cəmiyyət
- 6 Mart 2019 16:56
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz