
Açiq mənbələrdən foto.
Avqust ayında KTM-ə zəhərlənmə şikayəti ilə müraciət edənlərin sayı 700 nəfərdən çox olub
Bakı/05.09.23/Turan: 2023-cü ilin avqust ayında Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib. Bu barədə Turan-a KTM Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 162 nəfər qəbul olunub.
Şöbə müdiri bildirib ki, qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından 1-i anaflaksiyadan zəhərlənib.
Digərlərindən 4-ü allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. 16 nəfəri ilan, 1 nəfəri isə həşərat sancıb. Maqsudov bildirib ki, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib.Onlardan 6-sı kişi, 1-i qadın olub.
Ölüm halının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib. 0
Rəy yaz