Avropa azərbaycanlıları Məhəmməd Əmin Rəsulzadəyə abidə qoymaq niyyətindədir
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu Novxanı qəsəbəsindəki evində mis barelyefin oğurlanması, sonradan hökumət tərəfindən üzərində savadsız yazılmış və Rəsulzadənin xidmətlərinin göstərilmədiyi iki mərmər barelyefin qoyulması siyasi mühacirlərin narazılığına səbəb olub. Avropada yaşayan azərbaycanlılar öz vəsaitləri hesabına Azərbaycanda, ölkə rəhbərliyi icazə verməsə, ölkə xaricində Rəsulzadəyə abidə qoyulması imkanlarını müzakirə edirlər.
Stokholmda Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, sənədli filmlər rejissoru, İsveç XİN və parlamentdə akkreditə edilmiş jurnalist Rəhim Telman Sadıqbəyli Turan-a bildirib ki, o və dostları düşündüklərini qısa müddətdə həyata keçirə bilər, onlar kampaniyaya başlamaya hazırdır. Siyasi mühacirlər belə fəaliyyətlə bağlı təcrübəyə malikdir. Bir neçə il öncə Almaniyada azərbaycanlılar İkinci Dünya Müharibəsi dövründə azərbaycanlı legionerlərin komandirlərindən biri Dudandinskinin qəbirüstü abidəni bərpa ediblər.
"Xaricdə Rəsulzadənin yetərincə pərəstişkarları var, ancaq Azərbaycan rəhbərliyi AXC sədrinə abidə qoymağa bizə icazə verəcəkmi?", - R.Sadıqbəyli sual edir.
Azərbaycana alternativ kimi Finlandiya ola bilər. Rəsulzadə mühacirətdə həyatının bir hissəsini orada keçirib. "Ola bilsin ki, biz dostlarla birlikdə bu istiqamətdə işə başladıq", - İsveçdə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri bildirib.
Üç barelyefin tarixçəsi 2018-ci ilin sonunda başlayıb. Öncə oğrular Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradıcılarından biri Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu Novxanı qəsəbəsindəki evinin divarına vurulmuş mis barelyefi oğurladı. Mis barelyefdə Rəsulzadənin adı, soyadı, atasının adı və xidmətləri haqda yazılmışdı. Oğru barelyefi metalloma vermək üçün hissələrə ayırıb. Onu saxlayıblar, ancaq yerli hakimiyyət mis barelyefi yerinə bərpa etməyib, onu qranit parçası ilə əvəz edib. Bu barelyefdə ilk respublikanın adı, həmçinin onun banisinin adı düzgün yazılmayıb. Tənqidi materiallardan sonra Novxanı bələdiyyəsi ikinci barelyefi çıxarıb, üçüncünü qoyub. Burada isə ad və soyaddan başqa bir şey yazılmayıb. Bələdiyyə rəhbəri mətbuata açıqlama verib ki, M.Ə.Rəsulzadəni xatırlatma olmadan da hamı yaxşı tanıyır, ikincisi də bu yazılar barelyefə yerləşməyib.
Sosial şəbəkələrdə bununla bağlı istehzalar, zarafatlar yer alıb: "Allah dördüncü barelyefdən qorusun. Orada da yazarlar ki, Rəsulzadə xalq düşməni olub".
M.Ə.Rəsulzadənin adı AXC illərində yaradılmış Bakı Dövlət Universitetindən götürülüb. Rəsulzadəyə abidə qoyulub, ancaq Novxanı kəndində. Azərbaycanın paytaxtı Bakıda görkəmli azərbaycanlının xatirəsinə dövlət ehtiramını əks etdirən heç bir şey yoxdur.
"Dənizdə şəhər salan və dənizin dibindən neft çıxaran, Mikayıl Useynovun və Zaha Hadidin möhtəşəm memarlıq binalarının tikildiyi, mütəxəssislərin isə üç kosmik peyki idarə etdikləri ölkənin paytaxtında islam dünyasında ilk demokratik respublikanın qurucusunun anadan olduğu yerdə savadlı, obyektiv xatirə lövhəsi qoya bilmirlər? Bunu necə izah etmək olar?", - "Kafkazskiy uzel"in moskvalı blogeri sual edir.
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz