![Avtobusla qatarın toqquşması işi üzrə iki nəfər həbs edilib](https://turan.az/resized/media/2018/main/100600013798-750-500-resize.webp)
Avtobusla qatarın toqquşması işi üzrə iki nəfər həbs edilib
Bakı/06.10.18/Turan: Oktyabrın 1-də baş vermiş ağır yol qəzası -avtobus və qatarın torruşması- ilə əlaqədar iki nəfər həbs edilib. 160 saylı marşrutun sürücüsü və sərnişindaşımanı həyata keçirən şirkətin dispetçeri cinayət məsuliyyətinə cəlb olunublar.
Bakı Şəhər Prokurorluğunun məlumatında xatırladılır ki, oktyabrın 1-də saat 14:30-da Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Əlixan Şirəliyevin idarə etdiyi 160 saylı "Daewoo" markalı marşrut avtobusu toqquşub.
Qəza nəticəsində 2006-ci ildə anadan olmuş Yusif Dadaşzadə və Şakir Əliyev (1962-ci il) həlak olublar, 40 sərnişin isə müxtəlif bədən xəsarəti alıb.
Fakt üzrə CM-in 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qarşı CM-in qeyd edilən maddəsi ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, həmin gün Ə.Şirəliyev tibbi müayinədən keçirilmədən reysə buraxılıb. Buna görə "Ayşən LTD" şirkətinin dispetçeri Mübariz Fərəcov cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı CM-in 265-1.3-cü (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. O həbs edilib.
İstintaq davam edir, məlumatda deyilir.-06B--
-
- Cəmiyyət
- 6 Oktyabr 2018 11:14
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz