![Azərbaycanda ilk qar yağıb](https://turan.az/resized/media/2018/main/100600013802-750-500-resize.webp)
Azərbaycanda ilk qar yağıb
Bakı/06.10.18/Turan: Ötən gecə Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağıb. Qarın hündürlüyü Xınalıq kəndində 1 santimetrə çatıb. Xınalıq kəndi dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Oktyabrın 6-da qar yağmaqda davam edir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
İstirahət günləri üçün olan proqnoza görə, Böyük və Kiçik Qafqaz dağlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +14 dərəcə olacaq.
Cənub regionunda yağıntı gözlənilmir. Havanın temperaturu +20 dərəcə olacaq.
Aran rayonlarında qısamüddətli yağış yağacaq, havanın temperaturu +23 dərəcə olacaq.
Həftəsonu paytaxtda yağıntı gözlənilmir. Havanın temperaturu +21 dərəcə olacaq. -06D-
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz