Avtomobil qəzasında 4 nəfər ölüb, çoxsaylı xəsarət alan var
İyunun 10-da səhər saatlarında Bakı-Qazax magistralının Tovuz rayonunun Qovlar qəsəbəsi (Bakıdan 424 kilometr qərb) ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Kepeztv.az saytının məlumatına görə, “Mersedes” markalı avtomobillə “Daevoo” markalı sərnişin avtobusu toqquşub. Nəticədə “Mersedes”də olan bir ailənin 4 üzvü dünyasını dəyişib. Ölənlərdən biri azyaşlıdır. “Daevoo” markalı avobusda isə sərnişinlərdən bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hələlik ölən və yaralıların şəxsiyyəti məlum deyil.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.-03D-
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:11
-
- Cəmiyyət
- 10 İyul 2015 13:22
Cəmiyyət
-
Milli Hidrometeorologiya Xidməti 27 yanvar tarixində Azərbaycanın ərazisində dəyişkən hava şəraiti olacağını proqnozlaşdırır.
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
Rəy yaz