Hökumət Aztelekomu özəlləşdirməkdən imtina edir?
Bu gün rəsmi mətbuatda “Aztelekom” İB-nin eyni adlı MMC-yə çevrilməsi barədə elan dərc edilib. İyunun 22-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov müvafiq sərəncam vermişdi.
“Aztelekom” İB-nin MMC-yə çevrilməsi bu telekommunikasiya nəhəngini özəlləşdirməkdən imtina deməkdir.
Xatırladaq ki, 29 mart 2001-ci ildə dövlət başçısı H.Əliyev «Rabitə müəssisələrinin özəlləşməyə açılması haqqında» (http://e-qanun.az/alpidata/framework/data/4/f_4528.htm) fərman vermişdi. Sənədə əsasən, ƏMDK “Aztelekom” İB-i fərdi layihə ilə özəlləşdirməli idi. 14 il keçsə də, konkret addımlar atılmayıb.
ƏMDK mətbuat xidmətində Turan-a bildiriblər ki, “Aztelekom” İB-nin eyni adlı MMC-yə çevrilməsi barədə təklif bu təşkilatın rəhbərliyindən gəlib. Aztelekom-un hüquq şöbəsində qeyd ediblər ki, dövlət müəssisəsinin təşkilati-hüquqi formasının SC və ya MMC kimi müəyyən edilməsini tələb edən sənəd var.
II Dövlət Özəlləşdirmə Proqramı (avqust, 2000-ci il) ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisə və obyektlərinin fərdi layihələr üzrə özəlləşdirilməsi üçün onun səhmlərinin 51%-i və ya daha çox hissəsinin satışa çıxarılmasını nəzərdə tutur. Mülki Məcəlləyə əsasən, yalnız səhmdar cəmiyyətləri səhm buraxa bilər.
Qeyd edək ki, ƏMDK-nin bu cür sənədlərində kommersiya təşkilatının nizamnamə kapitalı da müəyyən edilir. Amma ƏMDK və Aztelekom” MMC-də kapital həcminin açıqlamaqdan imtina ediblər. Aztelekom-un korporativ saytında «maliyyə hesabatları» bölməsi var. Amma keçid (http://www.aztelekom.org/2400) boşdur. 08B
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:09
-
- Cəmiyyət
- 10 İyul 2015 13:15
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz