AXCP fəalı məhkəmədə ifadə verməkdən imtina edib
Bakı/25.08.18/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsi Ali Məclisinin üzvü Orxan Baxışlının məhkəməsi olub. O, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur. İşə hakim Mahmud Ağalarovun sədrliyilə baxılır.
Avqustun 14-də keçirilən hazırlıq iclası kimi bugünkü proses də yarıqapalı keçirilib. Belə ki, fəalın valideynlərindən və Qərb ölkələri səfirliklərinin nümayəndələrindən başqa zala heç kim buraxılmayıb. Eyni zamanda zal əvvəlcədən kənar şəxslərlə dolu olub.
Məhkəmə O.Baxışlının "dəmir qəfəs"dən çıxarılması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib. İclasda ittiham aktı elan edilib.
O.Baxışlı ittihamın yalan olduğunu bildirib və özünü təqsirli bilməyib. O, etiraz olaraq ifadə verməkdən imtina edib. Sonra gənc fəalı saxlayan polislər şahid qismində çıxış ediblər.
Xatırladaq ki, O.Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd edir, narkotik maddənin cibinə polislər tərəfindən atıldığını deyir.
Həbsdən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündəki toplantıda O.Baxışlı jurnalistin ölümündə ölkə hakimiyyətini ittiham edib. Həmkarlarının fikrincə, həbsin səbəbi budur.
Hüquq nüdafiəçiləri O.Baxışlını siyasi məhbus kimi tanıyıblar.06D-
-
- Sual-cavab
- 25 Avqust 2018 11:00
-
- Cəmiyyət
- 25 Avqust 2018 11:12
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Rəy yaz