AXCP fəalını 7 il həbs etmək istəyirlər
Bakı/06.06.17/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP gənclər təşkilatının üzvü Fuad Əhmədlinin işi üzrə proses davam edib.
Dovlət ittihamçısı çıxış edərək onun 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, F. Əhmədli 2016-cı ilin avqustunda həbs olunub. O, operator işlədiyi "Azerfon" şirkətində (Nar Mobile) bir neçə nəfərin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunur.
Ancaq məhkəmə zamanı bu ittihamlar öz təsdiqini tapmayıb və istintaqın "zərərçəkən" kimi tanıdığı şəxslər müttəhimə heç bir iddia irəli sürməyiblər.
"Zərərçəkənlər"dən biri Məhəmməıd Quliyev özü dələduzluq ittihamı ilə axtarışda olub və belə bir adamın ifadəsinə inanmaq olmaz, vəkil Əsabəli Mustafayevhesab edir.-02D-
-
- Bazarların icmalı
- 6 İyun 2017 15:53
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz