
AXCP fəallarının saxlanması davam edir
Bakı06.03.19/Turan: Çərşənbə günü AXCP fəalları Nicat Abdullayev, Əli İmanxanlı və Fərid Əsədov saxlanılıb. Xəstə dostlarına baş çəkmək üçün Xətai rayonundakı xəstəxanaya gedən fəallar elə xəstəxananın qarsısında saxlanılıblar. Onları Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsinə aparıblar.
Bir müddət sonra Ə.İmanxanlı və F.Əsədov sərbəst buraxılıb. N.Abdullayev isə məhkəməyə aparılıb və inzibati qaydada həbs edilib. AXCP-dən bildiriblər ki, hələlik onun hansı maddə ilə və neçə sutkalığa həbs olunduğu məlum deyil.--0--
-
- Cəmiyyət
- 7 Mart 2019 10:40
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz