AXCP sədr müavini Fuad Qəhrəmanlının həbs müddəti uzadılıb
Bu gün Nəsimi rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının həbs müddətini iki ay uzadıb. Eyni zamanda, məhkəmə Qəhrəmanlının mənzilini girov qoymaqla azad edilməsi haqqında vəsatəti təmin etməyib.
Vəkil Fəxrəddin Mehdiyevin Turan-a verdiyi məlumata görə, hakim Elman İsayev vəsatətin təmin edilməməsini heç cür əsaslandırmayıb. Müdafiə tərəfi bu qərardan şikayət vermək niyyətindədir, deyə Mehdiyev bildirib.
* Qəhrəmanlı 2015-ci il dekabrın 8-də dövlətə qarşı ictimai çağırışlar, milli, irqi və dini ayrı-seçkilik salmaq ittihamı ilə həbs edilib. Xüsusən, Qəhrəmanlı facebook-da Nardaran qəsəbəsində qanunazidd əməllərə çağırışlar dərc etməkdə ittiham olunur.
Əslində Qəhrəmanlı yerli sakinlərin öz hüquqlarını müdafiə etməsi zərurətindən bəhs edib. -06B-
-
- Cəmiyyət
- 2 Mart 2016 18:25
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz