�Azadlıq� qəzetinin ofisində oğurluq olub
Bakı/14.11.18/Turan: Fəaliyyətini dayandırmış "Azadlıq" qəzetinin "Azərbaycan" nəşriyyatının 9-cu mərtəbəsində yerləşən ofisindən oğurluq edilib. Bu haqda Turan-a qəzetin redaktoru Rövşən Hacıbəyli bildirib.
R.Hacıbəylinin sözlərinə görə, qapını sındırıb içəri daxil olublar. "Azərbaycan saatı" proqramının redaksiya ofisindəki kamerasını oğurlayıblar. Bundan başqa qəzetin nüsxələrini də aparıblar. "Redaksiyada "Azərbaycan saatı" proqramının çəkilişləri aparılır. Həmin otaqdan 8-ci mərtəbədəki akt zalına qapı var. Akt zalında xeyli vaxtdır ki, təmir işləri aparılır. Elə həmin qapını sındırıb içəri giriblər. "Azərbaycan saatı"nın kamerasını götürüblər, masaların siyirmələrini də axtarıblar. Qəzetin 2005, 2006, 2007, 2008-ci illərdə çıxan saylarını da oğurlayıblar", - redaktor bildirib.
R.Hacıbəyli oğurluqla bağlı nəşriyyatın məsul işçilərinə və təmiri aparan briqadanın rəhbərliyinə məlumat verilib.
"Biz nəşriyyat işçilərindən şübhələnirik. Çünki qəzet fəhlənin nəyinə lazımdır, amma nəşriyyat işçiləri köhnə qəzetləri maklatura adıyla satırlar", - R.Hacıbəyli deyib.
"Azərbaycan" nəşriyyatından oğurluq faktı ilə bağlı danışmaq istəməyiblər.
Xatırladaq ki, "Azadlıq" qəzeti 1989-cu ildən nəşr edilirdi. Qəzetin baş redaktoru Nəcəf Nəcəfov olub.
"Azadlıq"ın sonuncu baş redaktoru Qənimət Zahid olub. O, hazırda Avropada mühacirətdədir və xaricdən yayımlanan "Azərbaycan saatı" proqramının rəhbəridir..
"Azadlıq" qəzetinin çapı 2016-cı ildən dayanıb.
Qəzetin saytı isə 2017-ci ildən məhkəmə qərarı ilə blok edilib. Buna səbəb kimi saytda dövlət əleyhinə bəzi yazıların dərc edilməsi göstərilib, qəzet rəhbərliyi və vəkilləri bununla razılaşmırlar.-05B-
-
- Maliyyə
- 14 Noyabr 2018 15:44
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz