
Bakı/22.02.19/Turan: Azərbaycan əhalisinin növbəti siyahıya alınması bu il oktyabrın 1-dən 10-dək olacaq. Bu barədə jurnalistlərə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.
Siyahıya alınmanın yekunları 2022-ci ilin birinci yarısının sonlarında açıqlanacaq.
"Anket vərəqələrinin işlənməsi yetərincə uzun prosesdir, bu prosesin bütün mərhələləri Nazirlər Kabinetinin təsdiq etdiyi planda əksini tapıb", - T.Buqadov "Avropa standartlarına çatmaq üçün Aİ-nin Dövlət Statistika Komitəsinə dəstəyi" layihəsinin təqdimatında bildirib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, Azərbaycan əhalisinin sayı 10 mln. a-yaxındır.
Əhalinin siyahıya alınması 10 ildən bir keçirilir.-06D-
Rəy yaz