Azərbaycan MSK seçki kampaniyasının qrafikini müəyyən edib
Mərkəzi Seçki Komissiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər üzrə seçki kampaniyası mərhələlərinin qrafikini müəyyən edib.
Beşinci çağırış Milli Məclisə seçkilərə hazırlıq və keçirilməsiylə əlaqədar əsas fəaliyyət və tədbirlər üzrə təqvim planı avqusun 29-da MSK-da təsdiqlənib və bazar günü rəsmi mətbuatda dərc edilib.
Seçkilər 125 birmandatlı dairədə majoritar sistem üzrə keçirilir.
Deputatlığa namizədlər vətəndaşların öz təşəbbüsü ilə, təşəbbüskar seçici qrupları, siyasi partiyalar, siyasi partiyalar bloku tərəfindən irəli sürülə bilər.
Deputatlığa namizədin qeydiyyatı üçün hər iddiaçı öz dairəsində ən azı 450 seçici imzası toplamalıdır. Qeydiyyat üçün sənədlərin verilməsinin son tarixi 2 oktyabr saat 18:00-dur, yəni səsvermə gününə 30 gün qalmış.
Deputatlığa namizədin qeydiyyatı və ya qeydiyyatından imtina iddiaçılar sənədlərini dairə seçki komissiyasına təqdim etdikdən sonra 7 gün ərzində aparılır.
Oktyabrın 9-dan seçkiqabağı təşviqat mərhələsi başlayır və seçkilərə bir sutka qalmış – 31 oktyabr 8:00-da başa çatır.
Seçki günü səsvermə saat 8:00-da başlayacaq və 19:00-da başa çatacaq.
Seçki günü 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da MSK səs verən seçicilərin sayı barədə ilkin məlumatları açıqlayacaq.
Seçki məntəqələri başlandıqdan sonra məntəqə seçki komissiyaları seçkilərin yekunlarına dair protokolları 24 saat ərzində dairə seçki komissiyalarına təqdim etməlidirlər.
Dairə üzrə seçkilərin nəticələri haqda protokollar seçki günündən sonra 48 saat ərzində - noyabrın 3-dən gec olmayaraq MSK-ya təqdim edilməlidir.
MSK noyabrın 21-dək seçkilərin nəticələrini yoxlamalı və 48 saat ərzində təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Öz növbəsində Konstitusiya Məhkəməsi 10 gün ərzində nəticələri elan etməlidir.—06D--
-
- İqtisadiyyat
- 29 Avqust 2015 15:56
-
- Cəmiyyət
- 31 Avqust 2015 00:58
Cəmiyyət
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 184
Rəy yaz