AMB gündəlik kreditləşmənin sürətli inkişafında maraqlı deyil
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarına (BOKT) gündəlik kreditlər vermək imkanı yaratsa da, bu növ kreditləşmənin sürətli inkişafında maraqlı deyil.
Bunu AMB-nin sədri Taleh Kazımov yanvarın 22-də rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Gündəlik kreditlər həm maliyyə istehlakçılarına, həm də maliyyə qurumlarına ciddi risklər yaradır", - deyə o qeyd edib.
Xatırladaq ki, AMB-nin təsdiq etdiyi “BOKT-larda kredit risklərinin idarə edilməsi Qaydası”na əsasən, kredit təşkilatları milli valyutada, məbləği maksimum 500 manat, gündəlik faiz dərəcəsi maksimum 0,3%, qaytarılma müddəti maksimum 45 gün olmaqla gündəlik kreditlər vermək imkanı əldə edib.
Maliyyə
-
2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 6,3 dəfə azalıb.
-
2024-сü ilin sonuna Azərbaycanda təxminən 150 min bank əmanətçisi olub.
-
“Kapitalbank” fevralın 25-də, saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
-
USD 1,7 EUR 1,77
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 228
-
- Bazarların icmalı,
- 14:22
- 209
Rəy yaz