
London/14.05.19/Turan: Azərbaycan, Türkiyə və Ermənistan Avropada LGBT cəmiyyətinin hüquqlarının ən çox məhdudlaşdırıldığı ölkələr sırasına daxil edilib. Bundan Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assiosiasiyasının (ILGA-Europe) reytinqi xəbər verir.
Vəziyyət 100 ballıq şkala üzrə qiymətləndirilib. Azərbaycana üç bal verilib. Türkiyə və Ermənistan müvafiq olaraq 5 və 7 bal alıb.
LGBT-nin hüquqlarının təminatı ilə bağlı ən yaxşı vəziyyət Malta, Lüksemburq və Finlandiyadadır. Fransa və Böyük Britaniyada göstəricilər Finlandiyada olduğu kimidir.
Amma ümumilikdə Böyük Britaniya, Fransa və Almaniyada göstəricilər ötən illə müqayisədə pisləşib.-16D-
Rəy yaz