Брифинг заместителя начальника Следственной службы Министерства финансов Грузии Ваджи Наврозашвили.
Azərbaycan vətəndaşı Gürcüstanda 40 kiloqram qızıl-gümüşlə tutulub
Bakı/25.03.18/Turan: 40 kiloqram qızıl və gümüşdən hazırlanmış ziynət əşyalarını Türkiyə-Gürcüstan sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə newsgeorgia.ge saytı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəis müavini Vaja Navrozaşviliyə istinadən məlumat yayıb.
Vaja Navrozaşvili martın 23-də keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları Türkiyədən gətirib və Sarpi gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib. Lakin o saxlanılan Azərbaycan vətəndaşının ad və familyasını deməyib.
"Söhbət ağılagəlməz böyük məbləğdə qiymətli metallardan gedir. Azərbaycan vətəndaşı Gürcüstanın gömrük nəzarətindən 36 kiloqram qızıl, 4 kiloqram gümüş ziynət məmulatları keçirməyə cəhd edib. Qızıl məmulatlarının ümumi dəyəri 2 miliyon lariyə (821,2 min dollar), gümüş məmulatlarının qiyməti isə 20 min lariyə qədərdir (8 min dollardan çox)", o qeyd edib.
Faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılan şəxsi 5 ildən 7 ilədək həbs gözləyir.
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz