Azərbaycan yığması Millətlər Liqasında ilk qələbəsini qazanıb
Bakı/11.10.18/Turan: Millətlər Liqası çərçivəsində üçüncü turda Azərbaycan yığması Farer adaları yığmasına 3:0 hesabı ilə qalib gəlib.
Oyun ev sahiblərinin fəal hücumları ilə başlayıb. İlk on dəqiqədə Azərbaycan yığması topa nəzarət etməyə başlayıb. Azərbaycan yığması ilk qolunu rəqibin hücumu şəraitində vurub. 28-ci dəqiqədə Riçard Almeyda dəqiq zərbə ilə qapıya qol vurub.
İkinci taymda Azərbaycan milli komandası növbəti uğurunu qazanıb. 67-ci dəqiqədə Rüfət Dadaşov və Dmitri Nazarov yaxşı mütəşəkkil hücum həyata keçiriblər. D.Nazarov R.Dadaşun ötürdüyü topu bir zərbə ilə ev sahiblərinin qapısına göndərib.
86-cı dəqiqədə Azərbaycan yığması penalti əldə edib. Bundan bir dəqiqə öncə meydançaya çıxan Ruslan Qurbanov cərimə meydançasında qapıçının kobudluğu ilə üzləşib. Penaltini Riçard Almeyda yerinə yetirib.
Paralel matçda Kosovo yığması ö meydançasında Malta yığmasına 3:1 hesabı ilə qalib gəlib.
Üç turdan sonra Azərbaycan yığması 6 xal toplayıb.
İlk iki turda Azərbaycan komandası hər iki oyunu heç-heçə başa vurub: öz meydançasında Kosovo yığması ilə 0:0, qonaqların meydançasında Malta yığması ilə 1:1.
Azərbaycan növbəti oyunu oktyabrın 14-də Bakıda Malta yığması ilə keçirəcək.
D divizionunun üçüncü qrupunda üç turdan sonra lider Kosovo yığmasıdır. Aktivində 7 xal var. Azərbaycan yığması 5 xal ilə ikinci yerdədir. Farer adaları 3 xal ilə üçüncü, Malta bir xal ilə dördüncü yeri tutur.
Xatırladaq ki, Millətlər Liqası UEFA-nın reytinqlər əsasında milli yığmaları dörd diviziona böldüyü turnirdir. Hər birində dörd qrup var. Yarımfinallarda və finallarda divizinonun qalibi müəyyən edilir. Divizionlardakı dörd qalibin hər biri 2020-ci ildə Avropa Çempionatına vəsqə qazanır.-71D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz