Azərbaycanda 20-40 yaş arasında vətəndaşlar qızılcaya qarşı peyvənd olunacaqlar
Bakı/28.02.19/Turan: Azərbaycanda 20-40 yaş arasındakı vətəndaşlar qızılcaya qarşı peyvənd olunacaqlar. Müvafiq əmri ölkənin səhiyyə naziri imzalayıb.
Bu tədbir xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilir.
Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, 2019-cu ilin mart-aprel aylarında Bakıda və qızılca xəstəliyi faktlarının qeydə alındığı digər şəhər və rayonlarda 20-40 yaşındakı əhali arasında immunizasiya üzrə tədbirləri həyata keçirsinlər.
Bu məqsədlə ambulator-poliklinika müəssisələrində xüsusi tibbi briqadalar yaradılıb.
2018-ci ildə bəzi Avropa ölkələrində, həmçinin Azərbaycanla qonşu Gürcüstan və Rusiyada qızılca yayılıb. Azərbaycanda da qızılcaya yoluxma halları qeydə alınıb.-06D--
-
- Mədəniyyət
- 28 Fevral 2019 14:23
-
- İqtisadiyyat
- 28 Fevral 2019 15:24
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz