Azərbaycanda doğum azalır, ölüm halları artır
Bakı/12.10.18/Turan: Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyi qeydiyyat ölkədə 90523 körpə qeydə alıb. Hər gün orta hesabla 373 körpə doğulub.
Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edir. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşağıdır.
Doğumun azalması müşahidə edilir. Ötən ilin analoji dövründə ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınmışdı. Beləcə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edirdi.
2018-ci ilin 8 ayında ölkədə 39496 ölüm halı qeydə alınıb. Bu göstərici üzrə əhalinin hər 1000 nəfərinə 6,0 ölüm düşür.
Ölənlərin sayında isə əksinə artım var. Ötən ilin eyni dövründə ölkədə 39004 ölüm halı qeydə alınmışdı.
Bu ilin 8 ayında ölkədə 40235 nikah və 9877 boşanma hallarını qeydə alınıb.
2017-ci ilin 8 ayı ərzində 40256 nikah və 9787 boşanma baş verib.-16D05--
-
- Maliyyə
- 12 Oktyabr 2018 14:13
-
- İqtisadiyyat
- 12 Oktyabr 2018 14:18
Cəmiyyət
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Rəy yaz