Azərbaycanda koronavirusdan iki nəfər ölüb
Bakı/05.04.20/Turan: Aprelin 5-də Azərbaycanda kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, 1931-ci il təvəllüdlü Azərbaycan vətəndaşı şəkərli diabet xəstəsi olub,1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.
“Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb,” məlumatda deyilir.
Hazırda vəfat etmiş şəxslərin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Ümumilikdə ölkədə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.-0-
-
- Cəmiyyət
- 5 Aprel 2020 15:40
-
- Böyük Şərq
- 5 Aprel 2020 22:52
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz