
Bakı/16.02.19/Turan: 2018-ci ildə Azərbaycanda törədilmiş 26381 cinayətdən 12,3%-i narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Həmin cinayətlərdən 57,1%-də məqsəd narkotik maddənin satışı olmayıb, ancaq həmin maddələr şəxsi istifadə üçün nəzərdə tutulduğundan böyük həcmdə olub.
Narkocinayətlərin 33,3%-i satış, istehsal və paylanma, 7,2% -i narkotik maddələrin qanunsuz becərilməsi, 2,2% - i güclü təsiredici və zəhərli preparatların satışı məqsədilə dövriyyə üçün törədilib.
Hesabat dövründə 2492 nəfərin narkotik və ya psixotrop maddələrin qanunsuz dövrüiyyəsinə bağlılığı müəyyən edilib. Onlardan 99%-i cinayət məsuliyyətinə cəlb edilib.
Narkotik maddələrlə bağlı cinayətlərin 86,2%-i işsizlər və təhsilsiz şəxslər, 37,2% -i əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər tərəfindən törədilib.
Cinayətlərin 0,2%-i həddi-büluğa çatmayanlar, 6,9% -i 18-24 yaş, 13% - i 25-29 yaş, 79,9% - i 30 yaşdan yuxarı şəxslər tərəfindən törədilib.-06D--
Rəy yaz