Azərbaycanlı alpinistlər ilk dəfə Lhotze zirvəsinə qalxıblar
Bakı/22.05.19/Turan: Mayın 22-də Nepal vaxtı ilə səhər saat 6:00-da İsrafil Aşurlu, Aleksandr Telnov və Zakra Larokdan ibarət alpinist üçlüyü dünyanın ən yüksək zirvələrindən biri Lhotzeyə (8516 metr) qalxıb.
Gecə 7800 metr yüksəklikdəki həmlə düşərgəsindən çıxan alpinistlər zirvəyə səhər saat 6:00-da çatıblar. Saat 10:00-a yaxın alpinistlər həmlə düşərgəsindən geri dönüblər və hazırda dincəlirlər. Alpinistlərin baza düşərgəsinə (5600 metr) sabah dönəcəkləri gözlənilir.
Qeyd edək ki, bu, Azərbaycandan olan alpinistlərin həmin səkkizminliyə ilk ekspedisiyasıdır. İndiyədək İsrafil Aşurlu dünyanın ən yüksək zirvəsi Everestə (8848 m.) və Kantencanqaya (8596 m.) qalxıb.
İdman ustası, sahibkar İsrafil Aşurlu Azərbaycan Alpinist Klubunun təsisçisidir. Bundan öncə Azərbaycan Alpinizm Federasiyasına rəhbərlik edib. -02B-
-
- İqtisadiyyat
- 22 May 2019 11:49
-
- Maliyyə
- 22 May 2019 12:10
Cəmiyyət
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
Rəy yaz