![Azərbaycanlı zəvvar Məkkədə dünyasını dəyişib](https://turan.az/resized/media/2019/main/080500020711-750-500-resize.webp)
Azərbaycanlı zəvvar Məkkədə dünyasını dəyişib
Bakı/05.08.19/Turan: Həcc ziyarəti üçün Məkkəyə gedən 69 yaşlı Azərbaycanlı zəvvar ürəktutmadan dünyasını dəyişib.
Ağdam rayonundan olan Bəhmən Şükürov həcc qanunlarına uyğun olaraq Səudiyyə Ərəbistanında dəfn olunacaq, bu barədə Turan-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.
Həcc ziyarəti zamanı vəfat etmək və Məkkə yaxınlığında dəfn edilmək müsəlmanlar üçün şərəfdir.
Bu il həcc ziyarəti üçün Azərbaycanın kvotası 1400 nəfər təşkil edib. Bu kvota tamamilə dolub.
Avqustun 5-də zəvvarları daşıyan aviareyslər Səudiyyə Ərəbistanına yola düşəcək. Zəvvarlar 21-25 avqust tarixlərində geri qayıdacaqlar.
Bu il bir nəfərlik səfər qiymətləri 4285 dollar təşkil edib. -16D-
-
- Maliyyə
- 5 Avqust 2019 11:01
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz