!["Sədərək" TM-də yanğın zamanı xəsarət alanların hamısı xəstəxanadan çıxarılıb (YENİLƏNİB)](https://turan.az/resized/media/2019/main/080400020700-750-500-resize.webp)
"Sədərək" TM-də yanğın zamanı xəsarət alanların hamısı xəstəxanadan çıxarılıb (YENİLƏNİB)
Bakı/05.08.19./Turan: "Sədərək" Ticarət Mərkəzində dünən baş vermiş yanğınla əlaqədar "təcili yardım" həkimlərinə 16 nəfər müraciət edib. 6 nəfərə yerindəcə yardım göstərilib, bu barədə Turan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Digər on nəfər (9 polis və yanğınsöndürən, həmçinin bir nəfər bazar işçisi) şəhər kliniki mərkəzinə aparılıb. Tibbi yardım göstərildikdən sonra onlar da evə buraxılıblar.
FHN-in məlumatına görə, yanğın ümumi sahəsi 1600 kv. metr olan anbarda baş verib. 900 kv. metrlik sahədə konstruksiyalar və mallar yanıb. Yanğın FHN qüvvələri tərəfindən söndürülüb.
Yanğının səbəbi və dəymiş ziyanın ölçüsü açıqlanmır. -06D-
* * *
2019 Avqust 05 (Bazar ertəsi) 11:52:30
"Sədərək" Ticarət Mərkəzində güclü yanğın
Bakı/04.08.19/Turan: Avqustun 4-də "Sədərək" Ticarət Mərkəzində güclü yanğın baş verib.
Yanğın saat 17:00-a yaxın ətriyyat məmulatlarının saxlandığı anbarda baş verib. Alovun söndürülməsinə 25-dən çox yanğınsöndürən maşın cəlb edilib.
Üç saatdan sonra yanğını lokallaşdırmaq mümkün olub. 700 kv. m. sahə yanıb, FHN bildirib.
Yeddi yanğınsöndürən tüstüdən zəhərlənib və Şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.-06D--
-
- Cəmiyyət
- 5 Avqust 2019 11:48
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz