Azercell ilə əsl rahatlığı hiss edin!
"Azercell Telekom" MMC abunəçilərinin istifadəsinə yeni "Sərbəst10", "Sərbəst15", "Sərbəst25", "Sərbəst50" və "Sərbəst75" tarif paketlərini təqdim edir
Rəqəmsal dünyanı müştəriləri üçün daha əlçatan etməyi hədəfləyən Azercell bu dəfə abunəçilərini bir çox imkanları özündə birləşdirən yeni "Sərbəst" tarif paketi ilə sevindirir.
Yeni "Sərbəst" tarif paketi internet və danışıq xidmətlərinin aktiv istifadəçilərinə əlverişli qiymətlərdən yararlanaraq, rabitə xərclərinə qənaət və tam rahatlıq əldə etmək imkanı təqdim edir. "Sərbəst" tarif paketi Azercell abunəçilərinə bir tarif paketi çərçivəsində pulsuz danışıq dəqiqələri və internet, Whatsapp, Facebook messenger, Telegram, Viber, Twitter mobil tətbiqləri vasitəsilə pulsuz yazışma imkanı və hətta Facebook, Instagram və Youtube mobil tətbiqlərindən pulsuz istifadə fürsətini təklif edir.
"Sərbəst" tarif paketlərinə qoşulmaq qaydası çox sadədir: Fakturasız Xətt abunəçiləri müvafiq açar sözünü 7575 qısa nömrəsinə, Fakturalı Xətt abunəçiləri isə 650 qısa nömrəsinə göndərə bilərlər.
Qeyd edək ki, "Sərbəst" tarif paketinə ilk dəfə qoşulan Fakturalı Xətt abunəçilərinə 50% endirim təqdim edilir.
Sizə ən uyğun "Sərbəst" tarif paketini seçin və sevdiklərinizlə ünsiyyətinizə sərhəd qoymayın!
Əlavə məlumat üçün aşağıdakı səhifələrə daxil olun:
https://www.azercell.com/az/personal/tariffs/prepaid/serbest/
https://www.azercell.com/az/personal/tariffs/postpaid/serbest_postpaid/
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.®
-
- İqtisadiyyat
- 3 İyun 2019 12:46
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz