![Bakı meriyası qar yağışına qarşı mübarizə aparmağa hazırlaşır](https://turan.az/resized/media/2020/main/020800024393-750-500-resize.webp)
Bakı meriyası qar yağışına qarşı mübarizə aparmağa hazırlaşır
Bakı/08.02.20/Turan: Paytaxt meriyası paytaxt sakinlərinə və şəhərin qonaqlarına hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar ehtiyatlı olmaq çağırışı ilə müraciət edib.
Meriyanın müraciətində xatırladılır ki, fevralın 9-na keçən gecə Abşeronda hava şəraitinin kəskin şəkildə pisləşəcəyi - güclü şimal küləyi və intensiv qar yağışı gözlənilir. Havanın temperaturu 18 dərəcə aşağı düşəcək, yolları buz bağlayacaq.
Əhaliyə maşınlarını ağacların altında park etməmək, tikinti aparılan ərazilərdən kənar keçmək, həmçinin digər ehtiyat tədbirlərinə riayət etmək tövsiyə olunub.
Meriya xüsusi texnikanı, qartəmizləmə nəqliyyatını səfərbər edib. Havanın soyuq keçdiyi dövrdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş rejimdə işləyəcək, deyə məlumatda qeyd edilir. -02D-
-
- Sual-cavab
- 7 Fevral 2020 20:18
-
- Cəmiyyət
- 8 Fevral 2020 12:10
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz