Bakı Moskvada baş vermiş təyyarə qəzasını şərh etmir
Bakı/27.02.19/Turan: Azərbaycanın Silk way şirkəti fevralın 26-da Moskvanın Şeremetyevo aeroportunda Gulfstream G200 təyyarəsinin qəzaya uğramasını şərh etmir.
Bu arada Moskvada təyyarə ilə baş vermiş insident üzrə cinayət işi qaldırılıb. Rusiya KİV-in məlumatına görə, təyyarə Bakıdan reyslər yerinə yetirirmiş. Qəza nəticəsində biznes-jetə ziyan dəyib. Təyyarənin bortunda üç sərnişin və iki nəfər ekipaj üzvü olub, xəsarət alan yoxdur.
"Cinayət işinin araşdırılması zamanı hava gəmisinin və uçuş-enmə zolağının texniki vəziyyəti hərtərəfli yoxlanılıb, həmçinin ekipajın və yerüstü xidmətlərin hərəkəti qiymətləndirilib", - İstintaq Komitəsinin nümayəndəsi bildirib.
Bəzi məlumatlara görə, qəzaya təyyarənin şassisinin qırılması səbəb olub.
Qəza səbəbindən aeroport fevralın 26 və 27-nə aviareyslərin cədvəlini dəyişməyə məcbur olub. Çünki uçuş-enmə zolağı bağlı qalıb.
Turan-ın AZAL və Silk Way-dən şərh almaq cəhdləri nəticəsiz qalıb. Şirkətlər özləri isə hər hansı bəyanatla çıxış etməyiblər.
Qeyti-rəsmi məlumatlara görə, təyyarə hansısa biznesmenə məxsus olub.02D-
-
- İqtisadiyyat
- 27 Fevral 2019 16:30
-
- Bazarların icmalı
- 27 Fevral 2019 17:02
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz