Bakıda videobloqçuluq haqqında xüsusi brifinq keçirildi
Şərqi Avropada mədəni müxtəliflik üçün "ADAMI Media Prize" mükafatı tərəfindən təşkil edilən "ADAMI - Dialoqlar" "Videobloq: öz ifadəni tap, yaz və paylaş!" mövzusunda seminar ilk dəfə Bakıda keçiriləcək. İki günlük seminar 27-28 oktyabr 2017-ci il tarixlərində Bakıda "YARAT" Müasir İncəsənət Mərkəzində təşkil olunacaq.
yaradıcı seminar videobloq fenomenini müzakirə etmək, habelə iştirakçılara öz layihələrini yaratmaq və həyata keçirməkdə yardım göstərmək məqsədi daşıyır. Seminar tanınmış videobloqçular, Şərqi Avropa yayımçılarının mütəxəssisləri tərəfindən aparılır.
Brifinqdə iştirak etmək üçün tanınmış alman rejissoru və prodüseri, "ADAMI Media Prize" proqramının direktoru Stefan Toltz Bakıya gəlib. O, bu gün təşkil olunan mətbuat konfransında çıxış edərək, proqramın missiyası və gördüyü işlər barədə ətraflı məlumat verib.
Seminarın kuratoru - Azərbaycanlı kinorejissor, tələbə "Oskar" mükafatının laureatı Elmar İmanov forumun məzmunu barədə məlumat verib. Brifinqdə Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Paul Amann da iştirak edib.
Xatırladaq ki, iki günlük seminar 27-28 oktyabr 2017-ci il tarixlərində Bakıda YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.
Seminar Şərq Tərəfdaşlığı ölkələrinin iştirakçılarına açıqdır. Maraqlanan namizədlər seminarda iştirak etmək və qrant almaq üçün müraciət edə bilərlər.
Onlayn ərizə forması aşağıdakı linkdə yerləşir və 2017-ci il 1 oktyabr tarixinə qədər açıqdır:
www.adamimediaprize.eu/how-to-apply-adami-dialogue-baku-ru/
-
- İqtisadiyyat
- 18 Sentyabr 2017 15:46
-
- Siyasət
- 18 Sentyabr 2017 21:20
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz