Basta.info saytının redaktoru öz həbsini istisna etmir
Bakı/05.12.18/Turan: Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün yenidən müttəhim qismində keçdiyi iş üzrə Bakı Şəhər Prokurorluğuna çağırılıb. M.Hacıbəyli bildirib ki, bu gün ona qarşı yeni məzmunda ittiham irəli sürülüb. Onun sözlərinə görə, ittiham maddələri eyni qalıb. Lakin əvvəlki məzmunda qrupun tərkibində cinayətkar əməldən söz gedirdisə, hazırda bu formul götürülüb.
O, ittihamı uydurma kimi qiymətləndirərək istintaq qrupuna etiraz edib.
İstintaqın gedişini Turan-a şərh edən redaktor həbsini istisna etməyb. Belə ki, ölkədə düzgün və ədalətli məhkəmə yoxdur. "İttiham üçün əsas olmasa da müstəntiqlər işi məhkəməyə vermək üçün çox tələsirlər", - o qeyd edib.
Xatırladaq ki, iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.
Öncə M.Hacıbəyli iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
M.Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçib.
Mustafa Hacıbəli Azərbaycanın görkəmli müxalifətyönlü jurnalistlərindən biridir. 20 ildən çoxdur ki, müxtəlif KİV-də çalışıb. O, Müsavat Partiyasının rəhbəri Arif Hacılının qardaşıdır.-06D-
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rəy yaz