
Bakı/31.07.19/Turan: Çərşənbə gününə keçən gecə Gürcüstanın Batumi şəhərində sahildə üç nəfər Azərbaycan vətəndaşı hücum nəticəsində bıcaq yarası alıb.
Gənclər Batumi xəstəxanasına aparılıb. Onlarda əl, ayaq və bədənin digər yerlərində xəsarət qeydə alınıb.
"Üç nəfər xəstəxanaya yerləşdirilib. Onlar Azərbaycan vətəndaşlarıdır. İki nəfərin vəziyyəti stabildir, birinin vəziyyəti nisbətən ağırdır",- Batumi Təxirəsalınmaz Yardım Mərkəzinin baş həkimi Badri Paksadze bildirib
Hücumun səbəbləri hələlik məlum deyil. Zərərçəkənlərin adları açıqlanmır. Gürcüstan DİN insidenti şərh etmir, lakin hücum edənin Gürcüstan vətəndaşı olduğu müəyyən edilib. -02D-
Rəy yaz