Bazar günü 20 nəfər günvurmadan əziyyət çəkib
Bakı/02.07.18/Turan: İyulun 1-də günvurma ilə bağlı 20 nəfər həkimə müraciət edib. Bu barədə Turan-a Bakı Təcili Yardım Xidmətinin baş həkimi Rauf Nağıyev bildirib.
Bu, yay ərzində günvurmadan əziyyət çəkənlərin 45%-ə yaxınını təşkil edir. Onların sayı 49 nəfərdir. Onların arasında 4 uşaq var. Bu, ancaq həkimə müraciət edənlərin sayıdır, ona görə də istidən əziyyət çəkənlərin sayı çoxdur.
Dünənki hava istidən xilas olmaq üçün dənizə atılan sakinlərin avtomobillərinə də ziyan vurub. Günün altında qalan maşınlar 40 dərəcə temperatura davam gətirməyib və motor qaynayıb. Bu səbəbdən şəhərdən dənizə gedən və əksinə yollarda ziyan dəymiş avtomobilləri daşıyan evakuatorların sayı çoxalıb.
Avtomobillər sahiblərinin çoxu harada gəldi, icazənin olub-olmadığı yerlərdə avtomobilləri saxlayaraq trasda tıxacın yaranmasına səbəb olub.
Bilgəh və Nardarandakı çimərliklər adamlarda xüsusi narazılıq doğurub. Belə ki, onlarla hektar ərazi dövlət məmurları və oliqarxlar tərəfindən zəbt edilib.-03/01B-
-
- İqtisadiyyat
- 2 İyul 2018 12:39
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz