Bazar günü yağış gözlənilir
Bakı/01.03.19/Turan: Martın 2-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağıntı gözlənilmir. Zəif şimal küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gündüz +10 +12 dərəcə, gecə +3 +6 dərəcə təşkil edəcək.
Aran rayonlarında da yağıntı gözlənilmir. Səhər və axşam duman ola bilər. Havanın temperaturu gündüz +10 +15 dərəcə təşkil edəcək.
Dağlarda gündüz +3 +7 dərəcə isti, gecə -5 dərəcəyə qədər şaxta olacaq.
Ekologiya Nazirliyinin məlumatına görə, martın 3-də ölkənin şimal və qərb rayonlarından başlayaraq hava pisləşməyə başlayacaq. İntensiv yağışlar gözlənilir.
Dağlarda qar yağacaq, gücü saniyədə 20 metrə, arabir 28 metrə çatan qərb küləyi əsəcək. -05D-
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 345
Rəy yaz