Салех Рустамов
Məhkəmə Saleh Rüstəmovun və onun qohumlarının əmlakının müsadirə edilməsinə qərar verib
Bakı/01.03.19/Turan: AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında iş üzrə hökmdə həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun qohumlarının da əmlakının müsadirə edilməsinə qərar verib.
Məhkəmə
- Bakı şəhəri, Z.Xəlilov küçəsi 125 ünvanındakı 39 saylı mənzilin,
- S.Rüstəmovun qardaşının həyat yoldaşı Rəsmiyyə Rüstəmovanın adına - Gədəbəy şəhəri, 7C ünvanında ikimərtəbəli qeyri-yaşayış sahəsinin,
- Gədəbəy-Novosaratovka şosesinin kənarında 0.5 ha torpaq sahəsinin,
- S.Rüstəmovun qardaşı Valeh Rüstəmovun adına - Gədəbəy şəhəri, 0.5 ha torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsinin,
- Gədəbəy şəhəri, S.Vurğun küçəsi, "Köhnə bazar" adlanan ərazidə 70 kvadratmetrlik qeyri-yaşayış sahəsinin,
- Gədəbəy şəhəri, Nizami küçəsi 71 ünvanında fərdi yaşayış evinin,
- Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində 0.6 ha torpaq sahəsinin,
- Gədəbəy şəhərində 0.5 ha torpaq sahəsinin,
- S.Rüstəmovun qardaşının həyat yoldaşı Rüxsarə Rüstəmovanın adına -Gədəbəy rayonu, Qumlu massivində 0.1 ha torpaq sahəsinin,
- Gədəbəy şəhərində 0.2454 ha həyətyanı torpaq sahəsinin,
- S.Rüstəmovun bacısı Yeganə Rüstəmovanın adına - Abşeron rayonu, Novxanı kəndində 0.1 ha, Qobu qəsəbəsində 0.08 ha torpaq sahələrinin,
- S.Rüstəmovun qardaşı Taleh Rüstəmova məxsus - Gədəbəy şəhəri, M.Quliyev 7 ünvanında fərdi yaşayış evinin,
- Bakı şəhəri, Zərdabi prospekti, ev 7, mənzil 13-ün,
- Bakı şəhəri, Xətai rayonu, Vunq Tay küçəsi 11a, mənzil 22-nin müsadirə edilməsi barədə qərar çıxarıb.
Rüstəmovun doğmaları müsadirə edilən əmlak obyektlərinin bu cinayət işi ilə əlaqəsi olmadığını, Rüstəmovun həbsindən çox-çox əvvəl alındığını bildiriblər.
Məhkəmə həmçinin Rüstəmovların atalarından qalan evi də müsadirə edib.
Müdafiə tərəfin nümayəndələri izah ediblər ki, cinayət aləti və ya yeri kimi istifadə olunmuş, yaxud cinayət yolu ilə əldə edilmiş əmlak müsadirə edilə bilər.
İndiki halda söhbət Rüstəmovun təqsirləndirildiyi cinayətlərdən əvvəl əldə edilmiş əmlakdan gedir.
Müdafiə tərəfi hökmü əsassız, qanunsuz hesab edir və ondan şikayət vermək niyyətindədir.
Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında" iş üzrə təqsirləndirilən şəxslər barəsində hökm oxunub.
Məhkəmə Gədəbəy rayonunun keçmiş icra başçısı, RF vətəndaşı Saleh Rüstəmovu 7 il üç ay, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, partiyanın Nərimanov təşkilatının rəhbəri Babək Həsənovu 3 il həbs cəzasına məhkum edib.
Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli və AXCP Gənclər Komitəsinin məclis sədri Ruslan Nəsirov da üç illik sınaq müddəti olmaqla, 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qanunsuz sahibkarlıqda və cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırmaqda təqsirli biliniblər.
Rüstəmov və Rüstəmli bundan əlavə həm də qanunsuz narkotik dövriyyəsində təqsirli biliniblər.
Bütün müttəhimlər ittihamları təkzib ediblər.
Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. -06D-
-
- Cəmiyyət
- 1 Mart 2019 13:35
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 233
Rəy yaz