Ermənilər Füzuli-Cəbrayıl zonasının məskunlaşdırılması barədə planlarını açıqlayıblar
Bakı/01.03.19/Turan: Ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan Dağlıq Qarabağa gedib və separatçı rejimin lideri Bako Saakyanla birlikdə cəbhənin cənub hissəsində olub.
Vanesyan Qarabağda olarkən deyib ki, torpaqların Azərbaycana verilməsi barədə fikirlər spekulyasiyadır. Ermənistan KİV-in məlumatna görə, səfərdə məqsəd Araz çayı boyunca ərazidə məskunlaşma məsələsinin müzakirəsi olub.
"Əsasən Araksavan (Hadrutun cənubu) yaşayış məntəqəsinin tikintisi, kənd təsərrüfatının inkişafı və infrastrukturun yaradılması planlaşdırılır. Vanesyanın fikrincə, ərazinin məskunlaşdırılması təhlükəsizliyə əsas zəmanətlərdən biridir.
Guya torpaqların təhvil veriləcəyi, bununla bağlı danışıqların aparılacağı ilə bağlı ayrı-ayrı adamların fikirləri bu məskunlaşma proqramı ilə təkzib edilir. Bununla biz erməni xalqına və dünyaya mesaj göndəririk ki, heş kim torpaqları geri verməyəcək. Əksinə, bizim ərazilərdə öz soydaşlarımız yaşamalı və yaratmalıdır", -"Sputnik Armenia" Vanesyandan sitat gətirib.
Qeyd edək ki, Ermənistanın müdafiə taktikasından hücum taktikasına keçməsi ilə bağlı bu ölkənin müdafiə naziri David Tonoyanın fikirlərindən sonra bu, son günlərin ikinci sensasion bəyanatıdır.
Beləliklə, rəsmi Yerevan dinc nizamlanma, Qarabağ ətrafında rayonların Azərbaycana qaytarılacağı ilə bağlı ümidlərin boş olduğuna işarə edir.-02D-
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz