
Açiq mənbələrdən foto.
Bakı/01.06.20/Turan: Bərdə rayonunun Alaçadırlı kənd sakini Toğrul Zeynalov ötən gecə anası Nəzirə Zeynalovanı və bacısı Əminə Zeynalovanı qısqanclıq zəminində qətlə yetirməkdə şübhəli bilinir.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda CM-in 120.2.7-ci ( iki və daha çox şəxsin qəsdən öldürülməsi) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, hadisə yerindən qaçan T.Zeynalovun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. –06D-
Rəy yaz