Berlində Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası
Bakı/29.03.19/Turan: Cümə günü Berlində Azərbaycandan olan bir qrup siyasi mühacir Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları bütün siyasi məhbusların azad edilməsini, hakim ailə rejiminin istefasını və Azərbaycanda avtoritar hakimiyyətə son qoyulmasını tələb ediblər.
İştirakçılar bildiriblər ki, 85 siyasi məhbusun hamısı azad edilənədək Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin qarşısında etiraz aksiyaları davam etdiriləcək.
Siyasi mühacirlər məmur özbaşınalığı, rüşvət və korrupsiyaya son qoyulmasını tələb ediblər. Aksiya iştirakçıları hakim rejimi Qarabağ problemini həll etməyə qadir olmamaqda və həll etmək istəməməkdə, öz mövcudluğunu uzatmaq istəməkdə ittiham ediblər.
Aksiya iştirakçıları arasında bloger Orduxan Temirxan, Tural Sadıqlı və Qərbi Avropada yaşayan digər fəallar olub. -03B-
-
- İqtisadiyyat
- 29 Mart 2019 14:41
-
- Sual-cavab
- 29 Mart 2019 15:14
Cəmiyyət
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Rəy yaz