
Bakı/05.02.19/Turan: Fevralın 5-də Milli Teleradio Şurası ölkənin beş telekanalının hər birinə 600 min manat (təxminən 350 min dollar) ayrılması haqqında qərar qəbul edib.
Maliyyə vəsaiti prezident İlham Əliyevin 17 yanvar tarixli özəl ümumrespublika teleradio yayımçılarına Azerspace-1 peyki vasitəsilə yayımlanma və texniki bazalarının təkmilləşdirilməsi üzrə digər tədbirlərin həyata keçirilməsi üçün birdəfəlik maddi yardım göstərilməsi haqqında sərəncamına uyğun olaraq ayrılır.
MTRŞ yardımı beş özəl telekanal - "Lider TV", "Xəzər TV", "ATV", "ARB24" və "Space TV" arasında bərabər şəkildə bölüşdürmək qərarı qəbul edib. -06D-
Rəy yaz