BQXK cəsədin qoşunların təmas xəttindən çıxarılmasına yardım göstərib
Bakı/16.08.18/Turan: Avqustun 15-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin vasitəçiliyi ilə Azərbaycan sakininin cəsədinin verilməsi mərasimi keçirilib.
Cəsəd avqustun 12-də cəbhənin Ağdam istiqamətində Azərbaycan və Ermənistan mövqelərinin arasındakı neytral zonada aşkar edilib. Ermənistan KİV-in məlumatına görə, bu barədə separatçı rejimin nümayəndələri bildiriblər.
Hərbi Əsirlər, Girovlar və İtkin Düşənlər üzrə Dövlət Komissiyası hələlik bu məlumatla bağlı bilgi verməyib.
BQXK Bakı nümayəndəliyindən Turan-a təsdiqləyiblər ki, bu təşkilatın nümayəndələri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi ilə koordinasiya edilmiş şəkildə təmas xəttinə yaxın yerdə cəsədin götürülməsinə dəstək veriblər.
Əməliyyat müvafiq orqanların razılığı ilə həyata keçirilib.-05D06--
-
- Maliyyə
- 16 Avqust 2018 11:27
-
- İqtisadiyyat
- 16 Avqust 2018 12:47
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz