Cahangir Hacıyevin daşınmaz əmlakının satışından əldə edilən pul Azərbaycana qaytarıla bilər
London/12.10.18/Turan: Britaniya mətbuatı Azərbaycanda 15 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin əmlakı haqqında işi müzakirə etməyə davam edir.
Londonda iki fərdi ev və qolf klubunun bir hissəsi saxta şirkətlərin adına sənədləşdirilib və bankirin həyat yoldaşı Zamirə Hacıyeva tərəfindən idarə olunurdu.
Böyük Britaniyanın Milli Cinayətkarlığa qarşı Mübarizə Agentliyi (NCA) bu daşınmaz əmlakın müsadirə edilməsi xahişi ilə məhkəməyə müraciət etmək niyyətindədir, bu barədə NCA rəhbəri Donald Tun BBC-yə bildirib.
"İlkin olaraq əldə edilən vəsait Böyük Britaniyanın mülkiyyəti olacaq, onların sonrakı taleyi isə Britaniya hökuməti ilə pulun mənşə ölkəyə repatriasiyası mümkünlüyü haqqında müzakirə predmetidir", deyə Tun bildirib.
Əmlak müsadirə edilibsə və hərracda satılıbsa, bu, keçmiş mülkiyyətçini təqsirkar etmir. Amma hakimiyyət mülkiyyət sahibinin onları aldatmağa çalışdğını hesab edərsə, cərimə və həbslə nəticələnə biləcək cinayət işi açıla bilər, deyə BBC icmalçısı qeyd edir.
Xatırladaq ki, Cahangir Hacıyev Londondakı mülkiyyəti offşor şirkətlərin adına sənədləşdirib. Məhkəmədə onun həyat yoldaşı bildirib ki, əri ümumi dəyəri 28 mln. dollar olan evləri və torpağı qazandığı pulla alıb, baxmayaraq ki, onun rəsmi əmək haqqı buna imkan vermir.
2015-ci ildə Hacıyev və onun tabeliyində olan daha bir neçə şəxs həbs edilib və Beynəlxalq Bankın vəsaitindən 200 mln. dollardan çoxunu mənimsəmək ittihamı ilə mühakimə edilib. -02D-
-
- Cəmiyyət
- 12 Oktyabr 2018 14:31
-
- İqtisadiyyat Göstəriciləri
- 12 Oktyabr 2018 15:01
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz